...

Deputat: "Artıq Azərbaycanın İsraildə beynəlxalq səviyyədə fəaliyyət göstərəcək güclü diaspor təşkilatı var"

Cəmiyyət Materials 16 Aprel 2007 17:57 (UTC +04:00)
Deputat: "Artıq Azərbaycanın İsraildə beynəlxalq səviyyədə fəaliyyət göstərəcək güclü diaspor təşkilatı var"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradalması iki ölkə arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov bildirib.

Abramov qeyd edib ki, belə bir təşkilatın yaradılması üçün xeyli müddət iş aparılıb. "Artıq Azərbaycanın İsraildə beynəlxalq səviyyədə fəaliyyət göstərəcək güclü diaspor təşkilatı var. Bu diaspor təşkilatı Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsinə gömək edəcək", -deyə cənab Abramov qeyd edib.

Onun sözlərinə görə, assosiasiya əsasən xalq diplomatiyası rolunu oynayacaq, Azərbaycan həqiqətlərini, cəmiyyətdə gedən bünün prosesləri İsrailə çatdırmaqla məşğul olacaq: "Azərbaycan-İsrail Beynəlxalq Assosiyasının yaradalmasında əsas məqsəd budur."

Abramov bildirib ki, təşkilatın İsrailin bütün regionlarında yerli sturukturları formalaşdırılacaq. Millət vəkili qeyd edib ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq edəcək. "Bu gün qarşıda duran əsas vəzifələrdən biri də odur ki, ABŞ, Avropa ölkələri və dünyanın digər bölgələrində fəaliyyət göstərən yəhudi diaspor təşkilatları bir araya gəlsinlər və vahid məqsədlər uğurunda mübarizə aparsınlar", -deyə deputat əlavə edib.

Onun fikrincə, Azərbaycan, yəhudi və türk diaspor təşkilatlatlarının birgə fəaliyyət gösiərməsi vacibdir: "Əgər belə bir birlik yaranarsa, onda erməni lobbisinə qarşı güclü mübarizə aparmaq və onların yalanlarını ifşa etmək olar."

Aprelin 13-də İsraildə Azərbaycan-İsrail Assosiasiyası yaradılıb. Təşkilatın təsis konfransında Azərbaycan və İsrailin rəsmi şəxsləri, deputatlar və diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti