...

Alişan yeni modellə eşq macərası yaşayır

Cəmiyyət Materials 23 Aprel 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx.Trendlife Vüqar İmanov/

Ah, bu şou-biznes. Başa düşmürsən ki, burda kim-kimlə evlənir, ayrılır, dostluq edir, "yeni eşq" macərası yaşayır. Keçən həftə MM-Productionın rəhbəri Emin Mənsurovun Trendlife-a veridiyi məlumata görə, türk müğənnisinin 4 mayda verəcəyi "subaylıq konserti" vaxtından əvvəl olacaq. Daha doğrusu, konsert baş tutacaq. Konsertdə Alişanın 18 mayda toyunu elan etməyi təxirə salınıb. Səbəb isə onun türk modeli Cağla Şəkərlə maraqlanması olub.

Müğəninin keçmiş nişanlısının mənəvi vəziyyəti barədə hələ ki, heç bir məlumat yoxdur. Belə baxanda o, özü günahkardır. Bu cür Don-Juana inanmaq olar? Maraqlıdır, Alişanın növbəti qurbanı kim olacaq?

Xəbər lenti

Xəbər lenti