...

AŞ-nin ekspertləri prokurorluq əməkdaşları ilə təlimlərə başlayıb

Cəmiyyət Materials 26 Aprel 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Avropa Şurasının ekspertləri prokurorluq orqanlarının əməkdaşlarına İnsan Haqları və Azadlıqlarına dair Avropa Konvensiyasının müddəalarının tətbiqi ilə bağlı təlimlərə başlayıb. Baş Prokurorluqdan cümə axşamı Trend ə bildirilib ki, 18 ay müddətinə nəzərdə tutulmuş layihə çərçivəsində prokurorluq əməkdaşlarına Konvensiya ilə bağlı təlimlər və ixtisasartırma kursları təşkil olunub. Bu gün və sabah keçirilən təlimlərdə avropalı ekspertlər Konvensiyanın müddəalarının prokurorluq əməkdaşlarının fəaliyyəti zamanı tətbiqi ilə bağlı ətraflı bilgi verəcək, Avropa dövlətlərinin bu sahədəki təcrübəsi öyrəniləcək.

Xəbər lenti

Xəbər lenti