...

Teleradio Şurasının sədri: "Qəbul olunan yeni qaydalara görə ANS-ə lisenziya verildi"

Cəmiyyət Materials 27 Aprel 2007 13:41 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Qəbul olunan yeni qaydalara görə ANS-ə lisenziya verildi"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Milli Televiziya və Radio Şurası (MTRŞ) "Teleradio yayımı sahəsində" xüsusi razılıq (lisenziya) üzrə keçirilən qaydalara edilən əlavələrdən sonra ANS televiziyası və ANS radiosu üzrə elan olunan tenderdə ANS Şirkətlər Qrupuna növbəti altı illiyə lisenziya verilib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli cümə günü Trend ə eksklüziv açıqlamasında bildirib ki, qəbul olunan yeni qaydalara görə, ikinci dəfə keçirilən təkrar tenderdə ən azı üç təşkilat iştirak etməsə belə, müsabiqədə iştirak edən təşkilat qalib elan edilə bilər.

Məhərrəmli bildirib ki, Teleradio Şurası lisenziya verdiyi bütün telekanallar, o cümlədən ANS üzərində monitorinqini gücləndirəcək. "Əgər telekanallar mövcud qanunvericiliyin tələblərini pozsa, onların lisenziyası alınacaq" - deyə Məhərrəmli bildirib.

Onun sözlərinə görə, lisenziya almayan regional "Lənkəran" və "Aygün" TV-lərin problemi yaxın vaxtlarda həll olunacaq.

Xəbər lenti

Xəbər lenti