...

Dövlət Komitəsinin sədri: "Dünya azərbaycanlı alimlərinin Forumuna 40 ölkədən 300-dən artıq elm adamı dəvət olunub"

Cəmiyyət Materials 27 Aprel 2007 15:43 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Dünya azərbaycanlı alimlərinin Forumuna 40 ölkədən 300-dən artıq elm adamı dəvət olunub"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya azərbaycanlı alimlərinin birinci Forumu iyunun 4-dən 10-dək Türkiyədə keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

Komitə sədrinin sözlərinə görə, Türkiyənin Antalya şəhərində keçiriləcək Foruma dünyanın 40 ölkəsində yaşayan 300-dən artıq azərbaycanlı elm adamı dəvət olunub. Yaxın günlərdə dəvətnamələr iştirakçılara göndəriləcək.

Dövlət Komitəsinin sədri onu da bildirib ki, dünya azərbaycanlı jurnalistlərin ilk Forumu isə sentyabrda Bakıda keçiriləcək. İbrahimov qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan jurnalistlərin məhz Azərbaycana gəlməsi daha məqsədəuyğundur. Yaxın günlərdə həmin forumun günü müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti