...

Azərbaycanda ömürlük azadlıqdan məhrumların saxlanma rejiminin dəyişdirilməsi üçün ədliyyə nazirinə müraciət hazırlanıb

Cəmiyyət Materials 3 May 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların rejim qaydalarına yenidən baxılması üçün Ədliyyə Nazirliyi yanında İctimai Komitə nazirə müraciət hazırlayır. Bu barədə cümə axşamı Trend ə açıqlamasında İctimai Komitənin sədri Kamil Səlimov məlumat verib. Səlimov bildirib ki, "ömürlüklər" arasında intihar faktlarının qarşısının alınması məqsədilə aparılan araşdırmaların yekununda Komitə adından konkret təkliflər hazırlanıb. Komitə sədrinin sözlərinə görə, bu problemə kompleks yanaşma tələb olunur. Məhkumlar arasında intiharların artması onların saxlanma şəraiti, psixoloji durumlarındakı problemlərlə də bağlıdır. "Ömürlüklər"in rejim qaydalarında müəyyən dəyişikliklərin olunmasını vacib sayan Səlimovun fikrincə, bu qəbildən olan məhkumların işlə təminatı ilə bağlı müvafiq tədbirlər görülməlidir.

İctimai Komitə din xadimlərinin bu prosesə cəlb edilməsi üçün təkliflə çıxış edib. Bu işin həyata keçirilməsi üçün Ədliyyə Nazirliyi ilə dindarlar arasında müqavilə imzalanması nəzərdə tutulub. Müxtəlif dinləri təmsil edən dindarlar cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla mütəmadi görüşlər keçirəcək, onlarla söhbətlər aparacaq, onların islahında yaxından iştirak edəcəklər.

.

Xəbər lenti

Xəbər lenti