...

Dağ yəhudiləri icmasının sədri: Yəhudilərə Azərbaycanda dil, mədəniyyət, adət-ənənə və din öyrənmək üçün bütün şərait yaradılıb

Cəmiyyət Materials 14 May 2007 20:29 (UTC +04:00)

Azərbaycan, Quba/ Trend müxbir E.Hüseynov/ Azərsbaycanın Quba rayonunun "Qırmızı qəsəbə" kəndində yaşayan dağ yəhudilərinə dil, mədəniyyət, adət-ənənə və din öyrənmək üçün bütün şərait yaradılıb. Bunu Quba rayonunda "Qırmızı qəsəbə" dağ yəhudiləri icmasının (Bakıdan 173 km şimalda) sədri Boris Sinanduev bildirib.

Onun sözlərinə görə, dağ yəhudiləri Azərbaycan konstitusiyasındakı bütün hüquqlardan istifadə edir və onlar üçün bütün lazımi şərait yaradılıb. "Biz Azərbaycanda heç vaxt antisemitizm hiss etməmişik. Bu olmayıb, yoxdur və ümid edirik ki, bundan sonra da olmayacaq",-deyə Sinanduev qeyd edib.

O bildirib ki, Azərbaycanda olan yəhudi əhalisinin tarixi 2,5 min ildən çox hesab olunur. "Qırmızı qəsəbə"də dağ yəhudiləri 280 ildir ki, yaşayır. 1938-39-cu illərdə bu regionda dağ yəhudilərinin sayı 15 minə bərabər idi. Hazırda isə bu qəsəbədə min dağ yəhudisi yaşayır. Ümumilikdə Quba rayonunda 20-dən çox millət və xalqın nümayəndəsi yaşayır.

Xəbər lenti

Xəbər lenti