...

Avropa Şurasının xüsusi nümayəndəsi: "Azərbaycanda jurnalistlərə qarşı məhkəmə çəkişmələrində Avropa Məhkəməsinin yardımına ümid edilə bilər" (video)

Cəmiyyət Materials 18 May 2007 13:49 (UTC +04:00)
Avropa Şurasının xüsusi nümayəndəsi: "Azərbaycanda jurnalistlərə qarşı məhkəmə çəkişmələrində Avropa Məhkəməsinin yardımına ümid edilə bilər"   (video)

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə/ Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia daha iki jurnalistin həbsi ilə bağlı məsələni şərh edib. Bribosianın sözlərinə görə, Avropa Şurasının baş katibi Azərbaycanda 7 jurnalistin həbsi faktı ilə bağlı narahatçılıq keçirir. Avropa Birliyi də Azərbaycanı müvafiq öhdəlikləri yerinə yetirməyə, KİV-lərin fəaliyyətini sığortalamağa çağırıb.

Qeyd edək ki, mayın 16-da Bakının Yasamal Rayon Məhkəməsi "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirlini və "Tolişi Sado" nəşrinin şöbə müdiri Yaşar Ağazadəni 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

İddiaçı tərəf qismində Milli Məclis deputatı, akademik Cəlal Əliyev çıxış edib. Onun şikayətinə səbəb 2007-ci il fevralın 24-də qəzetdə "AMAY - Əliyevlər ailəsinin ticarət markası" adlı məqalənin işıq üzü görməsi olub. Deputat jurnalistləri 147.1 və 147.2 (böhtan) maddələri ilə məhkəməyə verib.

Bribosia əlavə edib ki, Azərbaycanın Avropa Şurasındakı üzvlüyünə görə ölkə əhalisi jurnalistlərə qarşı məhkəmə çəkişmələrində Avropa Məhkəməsinin yardımına ümid edə bilər. "Lakin biz inanırıq ki, bütün bu işlər Azərbaycanın özündə müvafiq məhkəmələr səviyyəsində həll ediləcək" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti