...

Mənim missiyam Azərbaycanı dünyanın hər yerində tanıtmaqdır!-pianoçu Murad Hüseynov

Cəmiyyət Materials 26 May 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx.TrendLife Eldar Hüseynzadə/Mədəniyyət nümayindələri nə qədər özlərinin dəyərliyindən danışsalar da, onların əsl dəyəri verdikləri konsertlərin sayından asılıdır. Buna misal olaraq Azərbaycanın görkəmli mədəniyyət nümayəndəsi olan BMA-nın dosenti, əməkdar artist Murad Hüseynovun adını çəkmək olar. Bu, yəqin ondan irəli gəlir ki, əməkdar artist tez-tez müxtəlif qastrol səfərlərində çıxış edir. Bakıda onu tapmaq çox çətin məsələdir. TrendLife onu Şəki və Türkiyə səfərlərinə getməyinə 3 qalmış tapıb görüşdü.

-Siz bu yaxınlarda Moskvadan qastroldan qayıtmısınız. Bir az bu haqda danışardınız...

- Bəli. Mən Moskvada "Lujniki" idman kompleksində Edvard Qriqanın konsertində çıxış etmişdim. Bu ənənəvi çıxışı Moskva Dövlət Filarmoniya Akademiyası təşkil etmişdi.

- Bəs niyə məhz "Lujnik" stadionunda?

- Adətən, belə konsertlər "Rusiya" mehmanxanasının konsert zalında keçirilir. İndi ora köçürülür deyə bütün konsertlər ilin sonuna qədər "Lujniki"də keçiriləcək. Orda çıxış etmək böyük məsuliyyət tələb edir. Mən deyəsən Azərbaycandan olan yegənə insanam ki, o boyda stadionda konsert vermişəm. Zal beş min adam tutur. Biletlər isə artıq bir ay qabaqcadan alınmışdı. Konsertə doğurdan da böyük maraq var idi. Konserti gözəl insan, akademik, musiqiçi Janna Dozoseva aparırdı. Tədbir Rusiya Dövlət Simfonik orkestrinin dirijoru Aleksey Osetrovun müşayiəti ilə keçirildi. Bu, mənim Moskvada verdiyim birinci konsert deyil. Mən Dövlət Kreml Sarayında, Kremlin Silahlar palatada, Nikolay Petrova Fondunun təşkil etdiyi Beynəlxalq musiqi festivalında çıxış etmişəm.

- Siz Rusiyadan başqa daha harda konsert vermisiniz?

- Çox ölkələrdə: Türkiyə, Almaniya, Fransa, İspaniya, Gürcüstan, Malta, Yaponiya, Macarıstan, Əfqanıstan...

- Əfqanıstan? Bu haqda bir az ətraflı danışardınız...

- 2004-cü ildə verdiyim konsert bu ölkədə son 40 ildə verilən ilk konsert idi. Bu konsert Əfqanıstanda keçən Fransanın mədəniyyət günləri çərçivəsində idi. Mən ora Fransanın Xarici İşlər Nazirliyi tərəfindən dəvət almışdım. Onların dəstəyi ilə biz Əfqəntstana "Petroff" royalını apara bildik. Və səhv etmirəmsə, bütün Əfqənistan üçün yeganə royaldır. Bu günlər geniş surətdə Fransanın məhşur TF 1,TF 3, TF 5, ARTE kanallarında yaımlandı. Əfqanıstana bu telekanalların rəhbərlikləri, Fransanın mədəniyyət naziri, bütün dünyanın tanıdığı rejissor Klod Lelyüş, aktrisa Sofi Marsov və bir çox Fransa tanınmışları gəlmişdilər. Əfqanıstan tərəfdən bütün zati-ailələri iştirak edirdilər. Bu Əfqanıstanda son yarım əsrdə keçən yegənə klassik musiqi konserti idi. Mən orda Bethovenin, Ravelyanın, Şopenin, Debüssinin, Raxmaninovanın və əlbəttə ki, Azərbaycan bəstəkarlarının musiqilərini ifa edirdim.

- Bəs Əfqanıstanda qorxulu deyildi?

- Əlbəttə, çox qorxulu idi. Təsəvvür edin ki, Fransa səfirliyinin rezidensiyasında çıxış edirsən, bilmirsən təhlükə var, ya yox. Ömrümdə birinci dəfə idi ki, xüsusi təyinatlı dəstənin mühafizəsi altında çıxış edirdim.

- Ümumiyyətlə Əfqənistanda hansısa musiqi inkişaf edir?

- Bəli. Məhşur xalq mahnıları. Lakin klassik musiqi heç vaxt çalınmayıb. Mənim üçün ən əsası Əfqanıstan kimi yerdə Azərbaycan mədəniyyətini və incəsənətini göstərmək idi.

- Siz indi deyəsən Türkiyəyə getməyə hazırlaşırsınız?

- Mən çox tez-tez Türkiyədə oluram. Ən çox da Camal Rəşid Rey kimi konsert salonlarında çıxış edirəm. Aprelin 4-də keçmiş Osmanlı imperiyasının paytaxtı olan Ədirnə şəhərində qastrolda olmuşam. Ədirnə Dövlət Konservatoriyasının rektoru məni vaxtaşırı fortopiano musiqisindən dərs verməyə dəvət edir. Bazar ertəsi, ya çərşənbə axşamı Ədirnə Akademiyasında keçirilən imtahanlarda komissiyanın tərkibində iştirak edəcəyəm.

- Murad müəllim, niyə Azərbaycandan kənarda konsert verən musiqisilər azalıb? Sizcə, talantlılar azalıb, yoxsa maraq ?

- Sizinlə razıyam. Ola bilər ki, maraq azalıb. Həm də pianoçunun işi də çətindir. Pianist olmaq üçün 15 ilən 20 ilə qədər işləmək lazımdır. Mənim 33 yaşım var. Onun 28 ilini yaradıcılığa vermişəm. Bül-Bül adına musiqi məktəbini, sonra isə Musiqi məktəbini qırmızı diplomla bitirmişəm. Həmçinin aspiranturanı da əla qiymətlərlə başa vurmuşam.

- Bildiyimə görə, mükafatlarınız da çoxdur...

- Təvazükarlıqdan uzaq olsa da, yeganə azərbaycanlıyam ki, Fransa hökumətinin mükafatına iki dəfə layiq görülmüşəm. Bu çox çətindir. Lakin mən layiq görülmüşəm. Bundan başqa, mən uzun müddət Parisdə yaşamışam.

- Yəqin ki, siz fransız dilində yaxşı danışırsız?

- Bir az rus dilindən pis bilirəm. Rus və türk dilində sərbəst danışıram. Yaxın vaxtlarda isə ispan və inqilis dillərini öyrənməyə başlayacağam. Bu və ya digər xalqın mədəniyyətini, dilini bilərkdən bilmək lazımdır. Mən həm də tarixi və memarlığı geniş formada öyrənirəm. Deyirlər, axı memarlıq musiqininin əks-sədasıdır. Fransız dilini ona görə öyrəndim ki, fransız musiqisini yaxşı ifa edim. Onu daxildən mənimsəmək istəyirdim. Mən Fransanın bir çox şəhərlərində çıxış etmişəm və yaxşı çıxışlarıma görə fransız bəstəkarlarından mükafat almışam. Yaxşı səslənməsə də, faktla danışmaq lazımdır. Mən üç aspiranturanı bitirmişəm: Bakı, Moskva və Paris. Bakıda musiqi məktəbində müəllimim Gülarə Namazova, konservatoriyada Elmira Səfərova, aspiranturada Fərhad Bədəlbəyli, Moskvada Nikolay Petrov, Parisdə isə Jak Lyaqard olub. Mən çox öyrənmişəm. İndi isə yaradıcılığımda artırıram. Mən öz sənətimin fanatıyam. Klassik musiqi həmişə birmənalı olmur.

- Necə fikirləşirsiz, Bakıda simfonik musiqi üçün zala beş min adam yığmaq olar?

-Nəyə görə də yox? Hər şey menecerin savadlı işindən asılıdır. Bizim xalqda qeyri-adi musiqiyə meyl var. Bizdə muğam, klassik musiqi zəngindir. Muğamı azərbaycanlılardan başqa heç kim belə yüksək səviyyədə oxuya bilmir. Hərçənd ki, bizim muğamımızı "yaxın" qonşularımız öz adlarına çıxıb oxuyur. İnsanlar musiqini çox sevir və onu yaxşı qəbul edirlər. Bax, məsələn, mən sabah Şəkiyə Birinci Azərbaycan klassik musiqisi festivalında iştirak etməyə gedəcəyəm.

- Siz həmişə öz qarşınıza məqsəd qoyursunuz. Ən əsası hansıdır?

- Azərbaycan mədəniyyətini xaricdə təbliğ etmək. Buna həmişə nail olmuşam.

- Sizdə həmişə musiqiyə belə maraq olub?

- Yox. Uşaqlıqda mənim həyətdə futbol və basketbol oynamaq xoşuma gəlib. Pianinoda ifa etmək xoşuma gəlirdi, royalda isə iki saaatlıq dərslər mənim üçün əzab idi. Lakin musiqi məktəbində müsabiqədə qalib gəldikdən sonra kamera orkestri ilə çıxış etmək hüquq qazandım.

- Deyəsən, siz həmişə qalib gəlirsiz. Qorxmursuz ki, nə vaxtsa uduzarsınız?

- Allaha çox şükür. Hər şey onun əlindədir. Həyat mübarizədir. Sonda ən əsası qalibiyyət deyil, iştirak etməkdir.

- Siz indi harda yaşayırsınız? Bakıda, yoxsa Parisdə?

- Ən çox təyyarədə. Mən indi çalışıram tez-tez konsert verməyə gedim ki, sonradan itirilmiş illərimə heyfim gəlməsin. Gördüyünüz kimi, qrafikim doludur.

- Amma indi Bakıdasınız...

- Əlbəttə. Bura mənim vətənimdir, xalqımdır, şəhərimdir. Xaricə qastrolda olmaq isə biizim incəsənəti yüksək səviyyədə təbliğ etmək, müxtəlif xalqlara çatdırmaq deməkdir...

Xəbər lenti

Xəbər lenti