...

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı qərarın icrası ilə əlaqədar tədbirlər görülür" (video)

Cəmiyyət Materials 29 May 2007 14:30 (UTC +04:00)
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı qərarın icrası ilə əlaqədar tədbirlər görülür" (video)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Trend ə eksklüziv müsahibəsindən hissə

-Azərbaycana qarşı Avropa Məhkəməsi artıq üç qərar qəbul edib. Həmin qərarların icra vəziyyəti barədə məlumat verərdiniz.

-Bu günə kimi Azərbaycana qarşı çıxarılan qərarların üçündə insan hüquqlarının pozulması aşkar edilib. Həmin qərarların ikisi barədə Avropa Məhkəməsindən bizə rəsmi məlumat daxil olub, sonuncu qərarla bağlı isə hələlik belə rəsmi bildiriş verilməyib.

Fəhmin Hacıyevlə bağlı qərar qüvvəyə minəndən sonra Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Ali Məhkəməyə göndərilib. Ali Məhkəmə Cinayət-Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən tədbirlər görüb. Hacıyevin şikayəti hazırda Apellyasiya Məhkəməsinin icraatındadır.

Qərarın maliyyə tərəfinə gəlincə isə artıq Avropa Məhkəməsinin müəyyən etdyi məbləğ ərizəçiyə ödənilib. Hesab edirəm ki, artıq Avropa Məhkəməsinin qərarı icra olunub.

Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı qərar isə aprelin 11-də qüvvəyə minib. Qərarın maliyyə tərəfinin icrası ilə bağlı müvafiq tədbirlər görülür və müəyyən olunmuş müddətdə kompensasiyanın ödənilməsi nəzərdə tutulur.

Nabat Ramazanova və digərləri ilə bağlı Azərbaycana qarşı qərar qüvvəyə minəndən sonra həmin qərarın icrası ilə bağlı müəyyən tədbirlər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti