...

Çin otüstü hokkey yığmasının baş məşqçisi: Azərbaycana qarşı oyun asan olmayacaq

Cəmiyyət Materials 8 İyun 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Azərbaycan yığmasına qarşı oyun kifayət qədər maraqlı və gərgin şəraitdə keçəcək". Bunu Çinin qadınlardan ibarət otüstü hokkey yığmasının baş məşqçisi Kim Çanqbak Bakıdakı "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turniri öncəsi deyib.

Çalışdırıcı qeyd edib ki, ilin əvvəlində komandalar artıq bir sıra yoxlama görüşü keçiriblər və rəqib heç də pis təsir bağışlamayıb.

"Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan yığması güman ki, indi daha yaxşı formadadır və doğma divarlar arasında yaxşı oynamağa çalışacaq. Ona görə də düşünürəm ki, görüş asan olmayacaq. Axı o, hər iki rəqib üçün turnirdə birinci olacaq" - deyə Çanqbak qeyd edib.

Reytinq xarakterli yarışda həmçinin Yeni Zelandiya, İngiltərə, Koreya və ABŞ yığmaları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti