...

Kinorejissor Oqtay Mirqasımov: Kinomatoqraf geniş istehsalatdır, çoxlu maddi imkanlar tələb edir

Cəmiyyət Materials 29 İyun 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /müx.TrendLife Günel Əhmədova/"Kinostudiyaya 70-ci illərdə Heydər Əliyevin tapşırığı ilə avadanlıqlar verilmişdi. O zaman qısa müddətdə böyük bir texniki tərəqqi baş verdi. Ondan sonra demək olar ki, kinostudiyaya təzə avadanlıq gəlməyib. Gözlənilir ki, kinostudiyanın təmirindən sonra sözügedən problemlər kökündən olmasa da, müəyyən səviyyədə həllini tapsın. Bu barədə kinorejissor Oqtay Mirqasımov məlumat verib.

Kinorejissorun fikrincə, audiovizual sahədə yeni texnologiyalar var, hamı bu standartlarla çalışır. Amma Azərbaycan kinoda bu standartlardan çox uzaqdır. "Təbii ki, hər bir şey vəsaitə bağlıdır. Mən bəlkə də min birinci dəfədir deyirəm ki, kino bütün mədəniyyət növlərindən fərqli olaraq, həm də sənaye sahəsidir. Bu, böyük bir istehsalatdır. Bunun üçün də həmin sahəyə daha çox vəsait buraxmaq lazımdır. Texniki bazanın ardınca yeni axtarışlar, kadrlar, sonra müsabiqələr məsələsi gündəmə gətirilə bilər. Məhz onda biz tərəqqi edə bilərik" - deyə O.Mirqasımov qeyd etdi.

Xəbər lenti

Xəbər lenti