...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 3 İyul 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndiridən digər 17 şəxsin məhkəməsi zərəçəkənlərin ifadələri ilə davam etdi.

Vəkillər məhkəmə iclasına vaxtında gəlmədiyi üçün proses günün ikinci yarısı baş tutub.

Məhkəmədə 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdimrmə paylarının mənimsənilməsi epizodu üzrə 51 zərərçəkən dindirilib. Şəki, Ağcabədi, Ağdamdan olan dindirilmiş zərərçəkənlər əsasən Çernobıl və Qarabağ əlilləri, onların ailə üzvləri məhkəmə ifadələrində bildirdilər ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün müraciət etsələrdə, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərəçəkmişlər ifadələrində göstəriblər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhgir hesab edərək pulu götürməkdən imtina ediblər.

Zərərçəkmişlər keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev tərəfindən mənimsənildiyi göstərilən özəlləşdirmə paylarını tələb ediblər.

Məhkəmə iclası iyulun 4-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti