...

"Nepara" yenidən Bakıya gəlir

Cəmiyyət Materials 5 İyul 2007 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gün Novxanı akva-parkında Rusiyanın tanınmış qrupu "Nepara" çıxış edəcək. "TrendLife"ın verdiyi məlumata görə, orada həmçinin "Azəristar" müsabiqəsinin iştirakçısı Nigarla birgə Rusiyanın daha bir qrupu "Russkaya noç" çıxış edəcək. Onu da qeyd edək ki, "Nepara" artıq ikinci dəfədir ki, Bakıya gəlir. İlk dəfə 2003-cü ilin avqustunda gəlmişdilər. Lakin o vaxt konsert başdan ayağa uğursuz alınmışdı. Çünki konsert Əl Oyunlar Sarayında keçirilmişdi. Konserti izləməyə cəmi 40 nəfər gəlmişdi. Görək bu səfər necə keçəcək.

Xəbər lenti

Xəbər lenti