...

Opera müğənnisi Elçin Əzizov: "Mənim üçün ən əsas klassik vokaldır"

Cəmiyyət Materials 13 İyul 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Opera müğənnisi Elçin Əzizov vaxtının çox hissəsini Moskvada keçirir. Bir neçə gündür Bakıya gəlib. O, "TrendLife"la söhbətdə bildirdi ki: "Moskvada opera mərkəzində fəaliyyətim davam edir. Bundan başqa, mən paralel olaraq bir neçə layihədə iştirak edirəm. Bu yaxınlarda Rusiyanın idman mükafatı "Şöhrət" mükafatı ilə təltif olundum. Hər şey yüksək səviyyədə keçdi. Mən bir neçə konsertdə iştirak etmişəm. Həmin konsertlər bir neçə dəfə REN-TV və STS kanallarında nümayiş etdirilib. Hətta bir çox seriallara da dəvət almışam. Bir sözlə, mənim həyatımda opera incəsənəti ilə paralel çox hadisələr baş verir. Yeri gəlmişkən, mən Azərbaycan səfirliyinin təşkilatçılığı altında bir çox tədbirlərdə də iştirak etmişəm. Həmçinin Arxangelskdə keçirilən konsert proqramında iştirak etmişəm. Planlar çoxdur, ancaq mənim üçün ən əsas klassik vokaldır və mən ondan bir addım da aralı çəkilmək istəmirəm".

Xəbər lenti

Xəbər lenti