...

Azərbaycan yığması FİFA reytinqində 109-cu yerdə qalıb

Cəmiyyət Materials 18 İyul 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan yığmasının FİFA-nın növbəti reytinq cədvəlindəki mövqeyi dəyişikliklərə məruz qalmayıb.

Şahin Diniyevin yetirmələri əvvəlki kimi 109-cu pillədə qərarlaşıblar. Komandamız Latviya, Qazaxıstan, Estoniya, Andorra, San-Marino, Farer adaları, Lüksemburq, Lixtenşteyn, İslandiya və digər ölkələrin millilərini qabaqlayır. Yığmamızın aktivindəki xallar dəyişməz olaraq qalıb. Çünki ötən ay millimiz seçmə, yaxud yoldaşlıq oyunları keçirməyib.

Reytinq cədvəlinin lideri isə bu günlərdə Cənubi Amerika Kubokunu qazanan Braziliya yığması olub. Yarışın finalçısı Argentina isə ikinci pillədə qərarlaşıb. Dünya çemponuna gəlincə, İtaliya üçüncü yerə düşüb. İlk onluqda həmçinin Fransa, Almaniya, Hollandiya, Xorvatiya, Portuqaliya, İspaniya və Meksika yığmaları yer alıb.

Xəbər lenti

Xəbər lenti