...

Kinooperator Arif Nərimanbəyovun yubileyinə hazırlaşırlar

Cəmiyyət Materials 25 İyul 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul \müx.TrendLife Eldar Hüseynzadə/Bu il Azərbaycan Dövlət Film Fondu bir çox yaddaqalan tədbirlər, yubileylər keçirir. Fondun sədri Cəmil Əmirovun TrendLife-a verdiyi məlumata görə, sentyabr ayında Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış operator Arif Nərimanbəyovun 90 iilik yubileyi keçiriləcək. O, "Fətəlixan", "Bəxtiyar", "Qızmar günəş altında", "Nizami" kimi bir çox filmlərin operatoru olub. Bu tədbiri yayda keçirmək olardı, sadəcə, indi məzuniyyət vaxtıdır, o üzdən payıza keçirilib.

Xəbər lenti

Xəbər lenti