...

Müğənni Səidə Dadaşova: "Əgər yer kürəsinə bomba düşsə belə hiss etmərsən"

Cəmiyyət Materials 3 Avqust 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust / " müxbir Süleyman Vəliyev\ Elələri var ki, estrada tez əmələ gəlir, var ki, tez itirlər, bəziləri özlərini qaraldırlar, bəziləri isə özlərini musiqi qalaktikasında tapa bilmirlər. Bu barədə müğənni Səidə Dadaşovanın fikrini öyrənmək istədik. Müğənnin dediklərinə görə: "Mən üç il anamla İsveçrədə yaşamışam. Qayıtdıqdan sonra gördüm ki, doğrudan da estradamızda çox dəyişiklik olub. Özüdə yaxşılığa doğru yox. Elə bil ki, dünyanın sonudur. Görünür zəlzələlər, təbii fəlakətldər estradamıza da təsir edib. Başdan ayağa qədər dava dalaş, qalmaqal. Əgər bomba düşsə heç kim bilməyəcək. Elələri var ki, kimisə tərifləyə tərifləyə məhşurluq qazanırlar. Lakin mən həyatda çox utancaq adamam. Məhz buna görə də hər şeyi əvvəldən başlamaq lazımdır. Bu sənətə təzə-təzə gələndə atam Rafael Dadaşov mənə dedi ki: "Əgər bu sənəti seçirsənsə sən ən yaxşısı olmalısan. Əgər ola bilməyəcəksənsə heç başlama. Necə deyərlər xalqın gözü tərəzidir. Nə vaxtsa hər şey öz yerini tutacaq". Efirdə az-az qorsənməsinin səbəbini öyrənəndə isə Səidə bunları dedi: "Mən atam kimi nə qədər efirdə az görünsəm, o qədər şirin olaram". Onu da qeyd edək ki, söhbətlər gəzir ki, guya Səidə Dadaşova səsini itirib. Müğənni: "Bu yorğunluqdandır. Müxtəlif toy şənliklərində fonoqramsız çıxış etmək lazımdır. Buna görə də səsim bir az yerində deyil".

Xəbər lenti

Xəbər lenti