...

Kino günün 109 illiyi qeyd olundu

Cəmiyyət Materials 3 Avqust 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/

Sirr deyil ki, artıq bir neçə illərdir ki, bizdə normal kino yoxdur. Yox, əlbəttə ki, olub. Lakin olmağındansa, olmamağı daha yaxşıdır. İldə maksimum bir və ya iki film çəkilirdi. Həmin filmlər isə çox zəif və aşağı səviyyəli idi. Buda ondan irəli gəlirdi ki, aktyorlar kinoya çox tələbəl yanaşırdı. Bəli, bəziləri kinonu qısa müddət ərzində Hollivud səviyyəsinə çatdırmağı söz vermişdilər. Lakin bu boş-boş vədlər idi. "TrendLife"ın verdiyi məlumata görə bu ildən dövlət kinoya xüsusi diqqət ayırıb. Birdən birə çəkilən filmlərin sayı çoxaldı. Dövlət büdcəsi sayəsində gənc rejissorlar arasında müxtəlif müsabiqələr keçirilir, yeni super müasir kinoteatrların tikilməsi gözlənilir. Bu əlbəttə ki, sevindirici haldır. Dünən isə Bakıda yerli kinonun 109- illiyi keçirildi. Əlbəttə ki bu hadisə çox önəmlidir, mənim fikrimcə çox uğurlu keçdi. Beləliklə "Azərbacan" kinoteatrında dünən saat 17:00-da kino nümayəndələri toplaşmışdır. Bayrama pis hazırlaşmamışdılar. Bura gələnlər bizim tarixi kinolarımızı əks etdirən sərgi ilə tanış oldular, həmçinin yerli filmlərimizdən bir neçəsinin qısa fraqmentlərinə nümayiş etdilər. Hətta "Nizami" kinokompleksinin gələcək planı ilə tanış oldular. Dünənki gecənin əsas qəhrəmanları isə toplar və Sisianov idi. Belə ki, kinoteatrların qabağı kinodekorasiya ilə dolu idi. Həmin toplar çəkilən yeni filmlərdən birində istifadə olunacaq. Onu rus əsgərləri qoruyurdu. Hər kəs filmin qəhrəmanları ilə şəkil çəkdiridi. Canlı dekorasiyalar heç kimə etiraz etmirdilər. Rəsmi görüşdə Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də iştirak edirdi. Çıxışından sonra o, kino veteranlarını mükafatlandırdı. Hər şey çox yaxşı idi. Lakin, təssüf ki, "Azərbaycan" kinoteatrı belə tədbirlər üçün deyil. Hətta bunu nazir özü də zala yaxınlaşan zaman hiss etdi və bunları söylədi: "Allah qoysa, iki ildən sonra Kino gününü yeni kino mərkəz olan "Nizami"-də qeyd edək. Təssüf ki, kino günün sonu nədənsə anlaşılmayan konsertlə bitdi. Bu konsert nəyə lazım idi? Düşünürəm ki, kino nümayəndələri heç konsertə qalmadılar. Konsertdə Azərbaycan estrada ulduzları çıxış etdilər. Lakin Kino günü çox uğurlu keçdi. İnanırıq ki, gələn il bu günü daha böyük ümidlə qeyd edəcəyik.

Xəbər lenti

Xəbər lenti