...

İlhamə Quliyeva ad gününə hazırlaşır

Cəmiyyət Materials 7 Avqust 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust/müx. "TrendLife" Fəridə Məhərrəmqızı / Avqustun 18-də xalq artisti İlhamə Quliyevanın ad günüdür. Müğənninin mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərlinin "TrendLife"a verdiyi məlumata görə, İlhamə xanım doğum günü münasibətilə böyük bir mərasim keçirməyə hazırlaşır. Həmin tədbirə müğənninin dostları, sənət yoldaşları və tanınmış şəxslərin dəvət olunacağı nəzərdə tutulur. Ələkbərli onu da bildirib ki, ad günü ərəfəsində İlhamə xanım bir neçə telekanalda qonaq olacaq. O, yaradıcılığı barədə geniş məlumat verəcək, yeni mahnılar da səsləndirəcək.

Xəbər lenti

Xəbər lenti