...

ATƏT Cənubi Qafqazın jurnalist və ekspertləri üçün konfrans keçirəcək

Cəmiyyət Materials 13 Avqust 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycan, Gürcüstan və Ermənistandan olan ekspert və jurnalistlər oktyabrın 11-12-də Tiflisdə keçiriləcək Cənubi Qafqaz KİV-inin dördüncü illik konfransında iştirak edəcəklər.

Bazar ertəsi ATƏT-in baş ofisinin mətbuat xidmətindən verilən məlumata görə, konfransın təşkilatçıları qismində Mikloş Haraştinin (Miklos Haraszti) rəhbərliyi altında ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəliyi çıxış edir.

Konfransın baş mövzusu "Cənubi Qafqazda KİV-in özünütənzimləməsi"dir. Mətbuat xidmətindən verilən məlumata görə tədbirdə həmçinin Türkiyə, Bolqarıstan və Rusiyadan olan ekspertlərin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti