...

Cənubi Koreya Azərbaycanda texniki peşə təhsilinin inkişafını investisiyalaşdıracaq

Cəmiyyət Materials 16 Avqust 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Cənubi Koreyanın "Daewoo" şirkəti Azərbaycanda texniki peşə təhsili mərkəzi tikəcək. Təqribən 30 mln. dollar dəyərində qiymətləndirilən layihə üç il müddətində həyata keçiriləcək. Bu barədə cümə axşamı şirkətin vitse-prezidenti Park Çonnq Xuan Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşündə bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda texniki peşə təhsilinin vəziyyəti ilə tanış olduqdan sonra bu cür fikrə gəlib.

Yeni tikiləcək məktəbdə hər il yeddi ixtisas üzrə iki-altı ay ərzində 1050 nəfər təhsil alacaq. Layihəni hər iki tərəf maliyyələşdirir. Koreya tərfinin investisiyası 20 mln. dollar, Azərbaycan tərəfinin payı isə 10 mln. dollar təşkil edir.

Təhsili isə daha öncə Cənubi Koreyada terninqlər keçəcək azərbaycanlı mütəxəssislər aparacaqlar. Mərkəzin layihəsinə təhsil korpusu, yataqxana, emalatxana və digər müvafiq binaların tikilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti