...

Sabiq deputatın məhkəmə çəkişməsi sentyabrda davam etdiriləcək

Cəmiyyət Materials 30 Avqust 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Sabiq millət vəkili Hüseyn Abdullayevin Səbail rayon məhkəməsinin qərarların icrası şöbəsindən verdiyi şikayəti üzrə növbəti məhkəmə iclası təyin olunub. Bu barədə Trend ə Abdullayevin vəkili Cavanşir Səmədov məlumat verib.

Səbil rayon məhkəməsi tərəfindən barəsində 2 il şərti azadlıqdan məhrumetmə cəzası çıxarılmış sabiq deputat Abdullayevin ölkəni tərk etməsinə icazə verilmir. Onun vəkili isə iddia edir ki, Abdullayevin həbsinə dair hökmdə onun ölkədən çıxmasına hər hansı qadağa qoyulmayıb. Lakin Səbail rayon məhkəməsinin qərarların icrası şöbəsi qeyri-qanuni olaraq onun ölkədən çıxmasına imkan vermir. Abdullayev isə səhhəti ilə əlaqədar Almaniyada müalicə olunmalıdır.

Cümə axşamı Səbail rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə həmin şikayətə baxılması üzrə hazırlıq iclası keçirilib. Hakim prosesin davamını sentyabrın 14-nə təyin edib.

Xəbər lenti

Xəbər lenti