Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) sentyabrın 1-dən ölkənin ali təhsil ocaqlarının birinci kursuna daxil olan, xarici ölkələrin ali məktəblərində təhsil almaq arzusunda olan tələbələr üçün müsabiqə keçirəcək. Bu barədə cümə axşamı Komitədən məlumat veriblər. 2007-ci il aprelin 16-da Azərbaycan prezidentinin sərəncamına əsasən, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramı təsdiq olunub. Proqrm çərçivəsində 5 min Azərbaycan cəncinin təhsil alması planlaşdırılır. Müsabiqədə 2007-2008-ci il qəbul imtahanlarında I qup ixtisasları üzrə 550, II, III, IV qruplar üzrə isə 600-dən yuxarı bal toplamış abituriyentlər iştirak edəcəklər. Bu şərtlərlə, həmçinin I, II, III kurslarda təhsil alan tələbələrin də müsabiqədə iştirakı mümkündür. Komitədən verilən məlumata görə, ümumilikdə 386 ərizə verilib.