...

Azərbaycan yığmasının iştirakı ilə baş tutacaq voleybol Qran-Prisi yeni formulada keçiriləcək

Cəmiyyət Materials 30 Avqust 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Sentyabrın 3-də Ankarada start götürəcək voleybol üzrə Avropa Qran-Prisi yeni formulada keçiriləcək.

Trend in verdiyi məlumata görə, ilk olaraq səkkiz komanda iki qrupa bölünüb, lakin sonra təşkilatçılar yarışmanı digər turnirə keçirməyi qərara alıblar. Bu o səbəbdən baş verib ki, Polşadan olan ikiqat Avropa çempionları dünya Qran-Prisinin finalına düşüblər və buna görə də Türkiyədəki çıxış onlar üçün əhəmiyyət kəsb etməyib. Beləliklə də Faiq Qarayevin yetirmələri gələn il keçiriləcək final raundunda üç lisenziyadan birini qazanmaq məqsədilə İtaliya, Türkiyə, Rusiya, Bolqarıstan, Serbiya və Almaniya ilə oynamalı olacaqlar. Türklər və bolqarlarla komanda bu yaxınlarda baş tutan Heydər Əliyev kubokunda oynayaraq hər iki yığmaya məğlub olub.

Xəbər lenti

Xəbər lenti