...

Dini Qurumlarla İş üzrə Komitənin nümayəndəsi: "Azərbaycanın şimal-qərb bölgəsində dini durum dövlətin nəzarətindədir"

Cəmiyyət Materials 31 Avqust 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Azərbaycanın şimal-qərb bölgəsində dini durum sabitdir və hər şey dövlətin nəzarətindədir. Bu barədə cümə günü Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi seminarda qurumun şöbə müdiri Gündüz İsmayılov məlumat verib.

"Bu bölgədə bəzi ekstremist dini qüvvələrin fəallaşması ilə bağlı vəziyyət şişirdildiyi kimi gərgin deyil" İsmayılov bildirib.

Təxminən 15 gün bundan əvvəl, Balakən rayonunda mobil telefonlar vasitəsi ilə "Ləzqistan dövlətinin" xəritəsi yayılaraq bu məsələ növbəti dəfə gündəliyə gətirildi. Rayon polis idarəsi bununla bağlı araşdırma aparırdı.

Xəbər lenti

Xəbər lenti