...

Taekvando üzrə Azərbaycan yığmasının tərkibi müəyyənləşib

Cəmiyyət Materials 5 Sentyabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Taekvando üzrə Azərbaycan yığmasının məşqçi qərərgahı Mançesterdə start götürəcək lisenziya yarışında çıxış edəcək heyəti müəyyənləşdirib.

Komandanın baş məşqçisinin Trend ə verdiyi məlumata görə, İngiltərəyə Pekində keçirilən dünya çempionatının bürünc mükafatçısı Təvəkkül Bayramov (80 kq) və Afina Olimpiadasının iştirakçısı Rəşad Əhmədov ( 80 kq) yollanacaq. Yığmaya yalnız iki idmançının çağırılması, yarışda hər ölkədən 4-ə (iki kişi və iki qadın idmançı) qədər taekvandoçunun iştirakının mümkünlüyü ilə izah olunur.

Eyni zamanda . qadınların yarışında Respublikamızı dəfələrlə Avropa çempionatı mükafatçısı Şəhrun Yusifova ( 49 kq) və Səbinə Mikayılova ( 57 kq) təmsil edəcəklər. Onlar yarışda koreyalı məşqçi Yanq Enq Ennin rəhbərliyi altında çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti