...

"Bakı 2020" Olimpiya Oyunları ilə bağlı fotomüsabiqə keçirilir

İdman Materials 2 Mart 2012 12:11 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi 2012-ci ilin mart ayı ərzində 16-29 yaşlı gənclər arasında "Biz birlikdə bacararıq" devizi altında fotomüsabiqə keçirir.
"Bakı 2020" Olimpiya Oyunları ilə bağlı fotomüsabiqə keçirilir

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Mehdiyev/

Gənclər və İdman Nazirliyi 2012-ci ilin mart ayı ərzində 16-29 yaşlı gənclər arasında "Biz birlikdə bacararıq" devizi altında fotomüsabiqə keçirir.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müsabiqə 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd olan Bakı şəhərinə dəstək çərçivəsində gerçəkləşir.

Müsabiqədə I yerin qalibi 400 manat, II yerin qalibi 300 manat, III yerin qalibi isə 2 nəfər iştirakçı olmaqla 200 manat pul mükafatı və diplomlarla təltif olunacaq.

Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.

Fotoşəkillərin məzmununa gəldikdə isə onlar Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurları əks etdirməlidir.

Müsabiqədə iştirak etmək arzusunda olan gənclər fotoşəkilləri [email protected] elektron ünvanına göndərə bilər.

Müsabiqənin şərtlərinə gəldikdə, hər bir iştirakçı yalnız 5-dək fotoşəkil təqdim edə bilər və təqdim olunan hər bir fotoşəklin adı qeyd olunmalıdır.

Bununla yanaşı, iştirakçılar özləri haqqında məlumatları da ( adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti