...

Dünya şahmatçılarının növbəti reytinqi açıqlandı

İdman Materials 23 Mart 2012 17:41 (UTC +04:00)
FIDE dünya şahmatçılarının mart ayına olan reytinq siyahısını açıqlayıb.
Dünya şahmatçılarının növbəti reytinqi açıqlandı

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir B.Hacıyev/

FIDE dünya şahmatçılarının mart ayına olan reytinq siyahısını açıqlayıb.

Trend Federasiyanın rəsmi saytına istinadən məlumat verir ki, Top 100-də 3 azərbaycanlı şahmatçı da var.

Şahmatçılarımız arasında ən yüksək göstərici Teymur Rəcəbova məxsusdur. O, 2784 xalla 5-ci pilləyə yüksəlib. Aktivində 2752 xal olan Şəhriyar Məmmədyarov 13-cü yerdədir. 2745 xal toplayan Vüqar Həşimov isə 14-cı sırada qərarlaşıb.

Qeyd edək ki, reytinqə 2835 xalla norveçli qrossmeyster Maqnus Karlsens başçılıq edir. Aktivində 2820 xal olan erməni şahmatçı Levon Aronyan ikinci, rusiyalı Vladimir Kramnik (2801 xal) isə üçüncü yerdədir.

Xəbər lenti

Xəbər lenti