...

Azərbaycan döyüş sənətləri ustası Avropanı fəth edib (FOTO)

İdman Materials 25 Aprel 2012 13:46 (UTC +04:00)
Azərbaycan döyüş sənətləri ustası Süleyman Məmmədli döyüş sənətləri üzrə dünya qızıl kubokunun sahibi olub.
Azərbaycan döyüş sənətləri ustası Avropanı fəth edib (FOTO)

Azərbaycan, Bakı, 25 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycan döyüş sənətləri ustası Süleyman Məmmədli döyüş sənətləri üzrə dünya qızıl kubokunun sahibi olub.

Məmmədli Trend-ə bildirib ki, Türkiyənin Antalya şəhərində keçirilən dünya kubokunda 1-ci yer tutaraq qızıl kuboka sahib olub.

Döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim (İTF, WTF, Çun Kun Do) olan Məmmədli, həmçinin aprel ayı ərzində Avropa çempionatının 4 qızıl medalını da qazanıb. Türkiyənin Kəmər şəhərində keçirilən döyüş sənətləri üzrə Avropa çempionatında müxtəlif versiyalar üzrə 4 qızıl medala sahib çıxıb.

Ümumilikdə Süleyman Məmmədli kombat hapkido üzrə dünya çempionu (2004), taekvondo üzrə Dünya Kubokunun sahibi (2005), döyüş sənətləri üzrə Avropa çempionu (2006), dünya çempionu (2007, 2010), Tam kontakt üzrə dünya çempionu (2007), döyüş və kompleks üzrə dünya qızıl kubokunun iki qat qalibi (2007), Mudo Dünya kubokunun iki qat qalibi - Kompleks və döyüş (2008), döyüş sənətləri üzrə Avropa kubokunun qalibi (2009), hapkido üzrə dünya çempionatının müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal sahibi (2010), BUDO Döyüş sənətləri üzrə Dünya çempionu (2011), Çin Döyüş sənətləri üzrə dünya çempionu (2011), Qarışıq Döyüş sənətləri "Fight Cup" çempionu (2011), Qarışıq döyüşlər üzrə Avropa çempionudur (2011).

Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır.

Xəbər lenti

Xəbər lenti