Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Gürcüstanla birgə futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsinə razılıq verib və bu barədə FİFA-nın bu gün başlayan Konqresində niyyətini bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.
Qeyd edək ki, mayın 24-ü və 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində FİFA-nin 62-ci Konqresi keçirilir. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edir.
Abdullayev deyib ki, Bakı 2020-ci il Olimpiya Oyunlarına da iddialı olduğu üçün hələ bununla bağlı qərarını verməmişdi. Lakin Bakı 2020-ci il Olimpiya Oyunlarına namizəd şəhər kimi seçilmədiyindən, Azərbaycan və Gürcüstanın 2020-ci ildə futbol üztə Avropa çempionatını birgə keçirməsi qərarı alınıb.
Azərbaycan Gürcüstanla birgə futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsinə razılıq verib
Azərbaycan Gürcüstanla birgə futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsinə razılıq verib və bu barədə FİFA-nın bu gün başlayan Konqresində niyyətini bildirib.
