...

“Avro-2012”nin çempion komandasına 7,5 milyon avro ödəniləcək

İdman Materials 6 İyun 2012 12:44 (UTC +04:00)
Trend-in yaydığı xəbərə görə, qrup mərhələsindəki hər bir qələbə üçün 1,5 milyon, heç-heçə üçünsə 500 min avro veriləcək. 1/4 finala çıxan hər bir iştirakçı əlavə iki milyon götürəcək
“Avro-2012”nin çempion komandasına 7,5 milyon avro ödəniləcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

UEFA-nın "Avro-2012"nin iştirakçıları üçün ayıracağı mükafatın məbləği bəlli olub.

Trend-in yaydığı xəbərə görə, qrup mərhələsindəki hər bir qələbə üçün 1,5 milyon, heç-heçə üçünsə 500 min avro veriləcək. 1/4 finala çıxan hər bir iştirakçı əlavə iki milyon götürəcək.

Yarımfinalçılara 4 milyon, finalçılara isə 4,5 milyon avro vəsait ayrılıb. Çempion komandaya əlavə 7,5 milyon avro ödəniləcək.

Xəbər lenti

Xəbər lenti