...

"Azərikimya" İB-nin təşəbbüsü ilə Qubada idman səmtləşməsi üzrə ikigünlük yarış keçirilib (FOTO)

İdman Materials 18 İyul 2012 19:58 (UTC +04:00)
2012-ci ilin «İdman ili» elan edilməsindən ötən dövr ərzində «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə idmanın bir neçə növü üzrə Birlik və Sumqayıt müəssisələri arasında təşkil edilmiş çoxsaylı yarışların siyahısına daha bir maraqlı yarış əlavə olunmuşdur.
"Azərikimya" İB-nin təşəbbüsü ilə Qubada idman səmtləşməsi üzrə ikigünlük yarış keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

2012-ci ilin "İdman ili" elan edilməsindən ötən dövr ərzində "Azərikimya" İstehsalat Birliyinin təşəbbüsü ilə idmanın bir neçə növü üzrə Birlik və Sumqayıt müəssisələri arasında təşkil edilmiş çoxsaylı yarışların siyahısına daha bir maraqlı yarış əlavə olunmuşdur.

Bugünlərdə Quba rayonunun Amsar kəndi ərazisində "Sumqayıt" Peşəkar Futbol Klubunun, mətbuat nümayəndələri komandalarının və s. qatıldığı, beləliklə də Birliyin müəssisə və idarələrinin komandaları ilə birlikdə 10 komandanın iştirakı ilə keçirilən, maraqlı idman növü olan səmtləşmə üzrə yarışlara yekun vurulmuşdur.

Mövcud qaydalara uyğun şəkildə təşkil edilmiş yarışlarda 5 nəfərlik heyətlə çıxış edən komandalar iki gün ərzində 3 kilometrlik məsafəni qaçmaqla qət etmək, kəndir üzərində arx və çay üzərindən keçmək, iplə tullanmaq, daşlar üzərində yerimək, kompasla səmtləri müəyyən etməklə hədəfi tapmaq və s. növlər üzrə güclərini sınamışlar.

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin və müəssisə rəhbərlərinin də iştirak etdiyi, maraqlı və gərgin mübarizə şəraitində keçən, səmtləşmə idman növünün kimyaçılar arasında kütləviləşməsinə, onların asudə vaxtının səmərəli təşkilinə və sağlamlıqlarının möhkəmləndirilməsinə xidmət edən yarışlarda daha çox əzmkarlıq nümayiş etdirən "Sumqayıt" Peşəkar Futbol Klubunun, "Azərikimya" İB-nin idarə aparatının və "Üzvi sintez" zavodunun komandaları müvafiq olaraq I, II, III yerləri tutmuşlar.

Qalib komandalar pul mükafatı və fəxri fərmanlarla təltif olunmuşlar.

Xəbər lenti

Xəbər lenti