...

Azərbaycan alpinistləri Pamir dağlarına yola düşüblər

İdman Materials 26 İyul 2012 16:13 (UTC +04:00)
Azərbaycan alpinistləri Pamir dağlarına ekspedisiyaya start veriblər.
Azərbaycan alpinistləri Pamir dağlarına yola düşüblər

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycan alpinistləri Pamir dağlarına ekspedisiyaya start veriblər.

Trend Azərbaycan Alpinizm Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, dünən gecə Azərbaycanın alpinizm üzrə yığma komandasının üzvləri - Sirxan Məmmədov (komandanın rəhbəri və kapitanı), Denis Leusov və Firuz Dadaşov Moskvadan tranzit reyslə Düşənbəyə yola düşüblər.

Daha bir iştirakçı - Qırğızıstanda Lenin zirvəsinə uğurlu yürüş keçirmiş Rüfət Qocayev ekspedisiyaya iyul ayının 27-si qoşulacaq.

Ekspedisiyanın məqsədi iki ardıcıl yürüşlə Korjenevski (7105 m.) zirvəsi və Mərkəzi Asiyanın ən yüksək zirvəsi olan İsmayıl Samoni zirvəsinin (keçmiş Komunizm zirvəsi, 7495 m.) fəthidir.

Ekspedisiya Azərbaycan tarixinin görkəmli övladlarına həsr edilmiş Rusiyanın Azərbaycan Gəncləri Təşkilatının, Heydər Əliyev Fondunun və Azərbaycan Alpinizm Federasiyasının birgə lahiyəsinin davamıdır. Sözügedən ekspedisiya Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri olan Mirzə Fətəli Axundovun 200 illik yubileyinə və maestro Niyazinin 100 illik yubileyinə həsr ediləcək.

Ekspedisiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Alpinistlər hazırda Düşənbədədirlər və bu gün onlar Azərbaycanın Düşənbədəki səfirliyinə baş çəkərək səfiri ekspedisiya haqqında məlumatlandıracaqlar.

Xəbər lenti

Xəbər lenti