...

"Neftçi" "Hapoel"-ə 0:4 hesabı ilə uduzub

İdman Materials 1 Avqust 2012 23:23 (UTC +04:00)
Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
"Neftçi" "Hapoel"-ə 0:4 hesabı ilə uduzub

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Bakının "Neftçi" klubu İsrailin Kiryan-Şmona şəhərini təmsil edən "Hapoel" komandasına qarşı oynayıb.

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 42-ci dəqiqə penaltidən Badaş, 52-ci dəqiqədə Abihazira vurub. 70-ci və 76-cı dəqiqələrdə isə Gerziçiç dublunu rəsmiləşdirərək hesabı 4:0 çatdırıb.

III təsnifat mərhələsinin cavab görüşləri avqustun 7-8 keçiriləcək.

Xəbər lenti

Xəbər lenti