...

Rusiya-Azərbaycan oyununun stadionu dəyişdirildi

İdman Materials 12 Sentyabr 2012 16:49 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərində keçiriləcək Rusiya-Azərbaycan oyununun stadionu dəyişdirilib.
Rusiya-Azərbaycan oyununun stadionu dəyişdirildi

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərində keçiriləcək Rusiya-Azərbaycan oyununun stadionu dəyişdirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, "Lokomotiv" stadionunda deyil, "Lujniki" stadionunda keçiriləcək.

Rusiya Futbol İttifaqı bu dəyişikliyin səbəbi kimi "Lokomotiv" stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasını göstərib.

Xəbər lenti

Xəbər lenti