...

Bakıda 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadiondan görüntülər (FOTO)

İdman Materials 15 Sentyabr 2012 14:01 (UTC +04:00)
Bakının Nizami rayonunun 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadion istifadəyə verilib.
Bakıda 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadiondan görüntülər (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bakının Nizami rayonunun 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadion istifadəyə verilib.

11 min tamaşaçı yeri olan stadion ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının oyunları keçiriləcək və artıq bu, FİFA tərəfindən də təsdiq edilib. Dünya birinciliyi bitdikdən sonra isə burada Azərbaycan Premyer Liqasının oyunları keçiriləcək.

Futbol meydançasına FİFA standartlarına uyğun xaricdən gətirilən təbii ot örtüyü salınıb və xüsusi isitmə sistemi quraşdırılıb. Meydançanın işıqlandırılması üçün dörd projektor və ümumi müasir işıqlandırma sistemi yaradılıb.

Trend stadiondan görüntüləri təqdim edir.

Xəbər lenti

Xəbər lenti