...

DÇ 2012: Braziliya "ayıldı", Uruqvay çətin vəziyyətə düşdü

İdman Materials 26 Sentyabr 2012 19:06 (UTC +04:00)
Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ikinci turunun növbəti oyunları keçirilir.
DÇ 2012: Braziliya "ayıldı", Uruqvay çətin vəziyyətə düşdü

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ikinci turunun növbəti oyunları keçirilir.

Trend-in məlumatına görə, "C" qrupunda Meksika-Braziliya oyunu gərgin mübarizə şəraitində davam edib. Matçın son dəqiqələrində vurulan qolla braziliyalılar vacib qələbə qazanıblar.

Qeyd edək ki, ilk turda Braziliya Yaponiyaya 0:5 hesabı ilə məğlub olmuş, Meksika isə Yeni Zelandiyaya 1:0 hesabı ilə qalib gəlmişdi.

"D" qrupunda isə Uruqvay Qana ilə qarşılaşıb. Afrika təmsilçisi 5:0 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə çıxmaq şansını saxlayıb. Uruqvay isə 2 oyundan sonra 0 xalla qrup sonuncusudur.

Xəbər lenti

Xəbər lenti