...

Azərbaycan UEFA-nın konvensiyasına qoşuldu

İdman Materials 2 Oktyabr 2012 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Rusiyanın Sankt-Peterburq şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə qəbul olunmuş qərarlar arasında 4 milli assosiasiyanın Məşqçilər konvensiyasına qoşulması da var - Azərbaycan (Pro kateqoriyası), Avstriya (A kateqoriyası), Belarus (Pro kateqoriyası) və Fransa (A kateqoriyası).

Konvensiya öz qarşısına məşqçi peşəsini qorumaq və ixtisaslı mütəxəssislərin Avropa qanunlarına uyğun olaraq qitə ölkələrində sərbəst fəaliyyətinə şərait yaratmaq vəzifəsini qoyur.

Xəbər lenti

Xəbər lenti