...

Azərbaycan gimnastları beynəlxalq turnirdə birinci yeri tutublar (FOTO)

İdman Materials 8 Oktyabr 2012 13:56 (UTC +04:00)
İtaliyanın Prato şəhərində keçirilən Beynəlxalq "Trophy Banca Popolare di Vicenza 2012" turniri iki azərbaycanlı gimnastın uğurları ilə əlamətdar olub.
Azərbaycan gimnastları beynəlxalq turnirdə birinci yeri tutublar (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

İtaliyanın Prato şəhərində keçirilən Beynəlxalq "Trophy Banca Popolare di Vicenza 2012" turniri iki azərbaycanlı gimnastın uğurları ilə əlamətdar olub.

Buna səbəb ölkələrin mükafatlandırılması zamanı gimnastlarımız Lalə Yusifova və Marina Durundanın fəxri kürsünün ən yüksək pilləsinə qalxmalarıdır. Onlar ev sahibləri və həmişə güclü rəqib olan Belarus komandasını (London Olimpiadasının iştirakçısı və dünya çempionatının bürünc mükafatçısı Melitina Stanyut) geridə qoyaraq birinci yeri tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə bildirilib.

Bakıdan olan 15 yaşlı gimnast Marina Durunda böyük üstünlüklə qələbə qazanıb.

Bürünc medal qazanan Lalə Yusifova növbəti medalı kollektivimizin hesabına yazdırıb.

Milli komandanın baş məşqçisi Marina Vasilyeva yetirmələrinin çıxışından çox razı qalıb. "Lalə və Marina əla çıxış ediblər! Gimnastlarımız kompozisiyaları ilə turnir boyunca onları dəstəkləyən azarkeşlərə müsbət enerji veriblər", - o qeyd edib.

"Əsas odur ki, gimnastlar 10 il əvvəl Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Biz ölkənin bütün gimnastika ictimaiyyəti kimi, onun ünvanına gələn bütün təbriklərə qoşuluruq və idman fəaliyyətində uğurlar arzulayırıq", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti