...

"Neftçi" 5 pillə irəlilədi

İdman Materials 8 Oktyabr 2012 17:55 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının VIII turunun son oyunu keçirilib.
"Neftçi" 5 pillə irəlilədi

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının VIII turunun son oyunu keçirilib.

Trend-in məlumatına görə, "Neftçi" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Turan"ı qəbul edib.

11-ci dəqiqədə Rəşad Sadiqov penaltidən maksimum yararlanaraq bakılıları hesabda irəli çıxarıb (1:0). 37-ci dəqiqədə Erik Ramos hesabı 2:0-a çatdırıb.

Matçın son dəqiqələrində isə Qoqi Pipiya təsəlliverici qola imza atıb (2:1).

Oyunu Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov və Elvin Əsgərovdan ibarət hakimlər briqadası idarə edib.

Beləliklə, "Neftçi" 5 oyundan 9 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti