...

Yeniyetmə və gənc güləşçilərin respublika seçim turnirlərinin final mərhələsi başlayır (FOTO)

İdman Materials 19 Oktyabr 2012 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Oktyabrın 21-23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi, oktyabrın 24-25-də isə gənclər arasında "Hünər meydanı" respublika seçim turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışların proqramına əsasən, oktyabrın 20-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində saat 15:30-da güləşçilərin çəki prosesi həyata keçiriləcək. Turnirin rəsmi açılış mərasimi oktyabrın 21-də, saat 17:00-da gerçəkləşəcək.

Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək. İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Proqram

21 oktyabr

42, 46, 50, 54, 58, 63 və 69 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

22 oktyabr

76, 85 və 100 kq yunan-Roma güləşi üzrə yeniyetmələr
42, 46, 50, 54, 58, 63 və 69 kq sərbəst güləş üzrə yeniyetmələr

23 oktyabr

76, 85 və 100 kq sərbəst güləş üzrə yeniyetmələr
38, 40, 43, 46, 49, 52, 56, 60, 65 və 70 kq yeniyetmə qızlar

24 sentyabr

50, 55, 60, 66, 74, 84, 96 və 120 kq sərbəst güləş üzrə gənclər

25 sentyabr

50, 55, 60, 66, 74, 84, 96 və 120 kq yunan-Roma güləşi üzrə gənclər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti