Azərbayca,Baku 25 oktyabr, /Trend/
Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.
Trend-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz Bakının "Neftçi" klubu bu gün üçüncü matçına çıxıb.
Son Azərbaycan çempionu səfərdə "Rubin" (Kazan, Rusiya) klubunun qonağı olub. Keçirdiyi iki oyundan cəmi 1 xal toplayan Böyükağa Hacıyevin komandası səfərdən sərfəli nəticə ilə qayıtmağı hədəfləmişdi. Lakin Kasayevin matçın 16-cı dəqiqəsində vurduğu qol Kazan təmsilçisinə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun noyabrın 8-də Bakıda keçiriləcək.