...

AFFA: Azərbaycanın təklif olunan futbol üzrə MDB liqasında iştirakı sual altındadır

İdman Materials 13 Dekabr 2012 16:50 (UTC +04:00)
Azərbaycanın yaradılması təklif olunan futbol üzrə MDB liqasında iştirakı sual altındadır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.
AFFA: Azərbaycanın təklif olunan futbol üzrə MDB liqasında iştirakı sual altındadır

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın yaradılması təklif olunan futbol üzrə MDB liqasında iştirakı sual altındadır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.

O deyib ki, bu liqanın yaradılması üçün xeyli məsələlər öz həllini tapmalıdır.

"Hazırda MDB-nin hər bir ölkəsinin öz müstəqil çempionatı var, FIFA-nın qurduğu reqlament çərçivəsində beynəlxalq oyunlar keçirilir. Əlavə liqada iştirak etmək mümkünsüz görünür", - baş katibi deyib.

Qeyd edək ki, bu gün Rusiya Futbol Premyer Liqasının (RFPL) prezidenti Sergey Pryadkin Moskvada keçirilən mətbuat konfransında MDB birləşmiş çempionatının keçirilməsi üçün İcraiyyə komitəsinin yaradıldığını bildirib. Pryadkin çempionatın layihəsinin hazırlanmasını RFPL-in öz üzərinə götürdüyünü vurğulayıb.

Elxan Məmmədov isə bildirib ki, bununla bağlı AFFA-ya rəsmi müraciət daxil olmayıb.

"Bu ideya bir neçə dəfə səsləndirilib, mətbuatda yayılıb. MDB liqası yaradılarkən hər ölkənin çempionatı, ölkələr arasında uzaq məsafələr nəzərə alınmalıdır. Bundan başqa, hər bir müstəqil ölkənin çempionatının öz legioner limiti var", - o deyib.

Məmmədov qeyd edib ki, digər bir variant ölkənin hansısa klubunu yalnız MDB çempionatında iştirak üçün ayırmaqdır: "Belə olan təqdirdə isə klub tamamilə öz çempionatından təcrid olunacaq və sonradan qayıdıb yerli liqada çıxış etməsi çətinləşəcək".

AFFA-nın baş katibi bir vaxtlar mövcud olan MDB kubokunun kifayət qədər maraqlı turnir olduğunu xatırladıb: "Həmin MDB birinciliyinə Azərbaycan tərəfi hərtərəfli təşkilati dəstək verməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti