...

Yaponiya Azərbaycan ilə futbol sahəsində əməkdaşlıq etmək niyyətindədir

İdman Materials 24 Yanvar 2013 17:56 (UTC +04:00)
Yaponiya Azərbaycanla futbol oyunları, mübadilə proqramları kimi müxtəlif müstəvilərdə əməkdaşlıq etmək istərdi. Trend-in məlumatına görə, bu barədə Yaponiya Futbol Assosiasiyasının prezidenti Daini Kuniya affa.az saytına müsahibəsində bildirib.
Yaponiya Azərbaycan ilə futbol sahəsində əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Yaponiya Azərbaycanla futbol oyunları, mübadilə proqramları kimi müxtəlif müstəvilərdə əməkdaşlıq etmək istərdi. Trend-in məlumatına görə, bu barədə Yaponiya Futbol Assosiasiyasının prezidenti Daini Kuniya affa.az saytına müsahibəsində bildirib.

"Azərbaycan UEFA-nın üzvüdür və burada futbolun səviyyəsi yüksəkdir. Bizim yığma komandalarımız üçün azərbaycanlı həmkarları ilə oyunlar keçirmək çox faydalıdır. Gələcəkdə belə bir imkan yaranarsa, biz Azərbaycanla futbol oyunları, mübadilə proqramları kimi müxtəlif müstəvilərdə əməkdaşlıq etmək istərdik", - o deyib.

Kuniya iki ölkə arasında mübadilə üçün yeni imkanlar yaranacağına ümid etdiyini bildirib.

"Keçən il bizim komandamızın da iştirak etdiyi FIFA U-17 qadınlararası dünya çempionatı ölkənizdə təşkil olunmuşdu. Azərbaycan Orta Şərqə kifayət qədər yaxın olan bir Avropa ölkəsidir. Şəxsən onu deyə bilərəm ki, baş məşqçi Berti Foqtsu çox yaxşı tanıyıram. Vaxtilə oyunçu kimi "Borusiya VfL 1900 Mönchengladbach" təlimlərinə hər il qatılırdım. Keçən il baş tutan yoldaşlıq matçı zamanı, uzun bir fasilədən sonra yenidən onunla görüşdüm. Mən çox məmnun oldum, çünki keçmiş xatirələr yadıma düşdü", - Yaponiya Futbol Assosiasiyasının prezidenti deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti