Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycan IV İslam Həmrəylik Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürən yeganə ölkədir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, bununla bağlı İslam Həmrəylik Oyunlarının İcraiyyə Komitəsi öz rəyini verib.
"Biz 2017-ci ildə bu oyunların Bakıda yüksək səviyyədə təşkili üçün yeganə sifarişçiyik. Heç bir dövlət bu oyunların sözügedən müddətdə keçirilməsi üçün təklif göndərməyib. Sentyabr ayında bunun təsdiqini gözləyirik", - Rəhimov bildirib.