...

FIFA DÇ-2014 üçün qolların avtomatik təyin edilməsi sistemini seçəcək

İdman Materials 1 Mart 2013 16:16 (UTC +04:00)
FIFA-nın Braziliyada keçiriləcək 2014-cü il Dünya çempionatı və 2013-cü il Konfederasiya kubokunda stadionların qolların avtomatik təyin edilməsi sistemi ilə təchiz olunması üçün elan etdiyi tenderdə dörd şirkət iştirak edəcək.
FIFA DÇ-2014 üçün qolların avtomatik təyin edilməsi sistemini seçəcək

Azərbaycan, Bakı, 1 mart /Trend/

FIFA-nın Braziliyada keçiriləcək 2014-cü il Dünya çempionatı və 2013-cü il Konfederasiya kubokunda stadionların qolların avtomatik təyin edilməsi sistemi ilə təchiz olunması üçün elan etdiyi tenderdə dörd şirkət iştirak edəcək.

Trend-in məlumatına görə, bu gün FIFA bununla əlaqədar olaraq Almaniyanın "Goal Control" şirkətinə lisenziya verib.

Şirkətin hazırladığı "Goal Control - 4D" iki cərimə meydançasına 3 ölçü və istiqamətdə 14 yüksəksürətli kameradan istifadəni nəzərdə tutur. Top qapı xəttini keçən zaman təsvir avtomatik olaraq işlənib hazırlanır və baş hakim 1 saniyədən az müddətdə saatında səs və işıq siqnalı qəbul edir. Bu, qol olduğunu göstərir.

Bu sistem cari ilin fevralında Almaniyada uğurla sınaqdan keçirilib. Tenderdə iştirak edən digər şirkətlər "CAIROS", "GoalRef" (hər ikisi Almaniya) və "Hawk-Eye"dir (Böyük Britaniya).

FIFA son qərarını apreldə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti