Azərbaycan, Bakı, 15 mart /Trend/
Azərbaycan Premyer Liqasının formatı dəyişdirildi.
Trend-in məlumatına görə, bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılan müzakirələrdən sonra qərar qəbul olunub ki, 2013/2014-cü ilə mövsümündən etibarən Topaz Premyer Liqası 10 komanda ilə 4 dövrəli sistemlə keçirilsin.
Digər qərarlara görə, 2013/2014-cü ilə mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar oyuna əsas heyətdə yaşı 21-dək olan 8 futbolçu ilə çıxmalıdır.
Arif Əsədov U-19, Aslan Kərimov U-16 və Patrisia Gonzales U-19 qızlar Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təsdiq edilib.
Digər qərara əsasən AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsi yenidən hazırlanmalıdır.