Azərbaycan, Bakı, 28 mart /Trend/
Rusiyanın "Anji" komandası "Barselona" futbol klubunun qapıçısı Viktor Valdeslə danışıqlara başlayıb.
Trend-in cümə axşamı xarici mətbuata istinadən verdiyi məlumata görə, "Anji" rəhbərliyi 31 yaşlı qapıçıya görə 10 milyon avroluq məvaciblə 2 illik müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamaqdan imtina edən Valdes bu ilin yayında komandanı tərk etmək niyyətindədir.
Qapıçı cari mövsümdə 26 matça çıxıb və qapısından 30 qol buraxıb. Hazırda "Anji"nin çərçivə qoruyucusu 26 yaşlı Vladimir Qabulovdur.