Azərbaycan, Bakı, 30 may /Trend/
"Neftçi" mühafizəçilərini cəzalandıracaq.
Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, "Neftçi" PFK rəhbərliyinin qərarı ilə Azərbaycan kubokunun final oyununda "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasından sonra baş vermiş hadisələr zamanı vəzifə təlimatlarını düzgün yerinə yetirməyən "Neftçi" PFK-nın Təhlükəsizlik Xidmətinin işinə yenidən baxılması və günahkar şəxslərin cəzalandırılması barədə sərəncam verilib.